“SOCAR Turkiye Enerji” şirkəti Türkiyədə karbamidin alqı-satqısı üzrə əməliyyatlar üçün “Gubretas”şirkəti (Gubre Fabrialari Turk A.S.) ilə birgə müəssisə yaratmağı planlaşdırır.
““SOCAR Turkiye Enerji” coğrafi yaxınlıqda yerləşən, neft-kimya və digər məhsulların istehsalçılarından karbamid/sidik cövhərinin idxalı və daha sonra Türkiyənin daxili bazarında satışı və xarici bazarlara ixracı üçün “Gubretas” şirkəti ilə birgə müəssisə yaratmağı planlaşdırır”, - deyə “Gubretas” şirkətinin məlumatında bildirilir.
“SOCAR Turkiye Enerji” və “Gubre Fabrialari Turk A.S.” yanvarın 31-də potensial tərəfdaşlıq və paritet əsaslarla (50% - 50%) birgə müəssisənin yaradılması imkanlarının müzakirəsinə başlamaq üçün niyyət məktubu imzalayıb.
«Niyyət məktubunun imzalanması şirkətlərə danışıqlar zamanı birgə müəssisənin qarşılıqlı hüquq və vəzifələrini müəyyən etməyə imkan verəcək», - deyə məlumatda qeyd olunur.
SOCAR 2019-cu il yanvarın 16-da Karbamid zavodunu istifadəyə verilib. Layihəyə investisiya qoyuluşları 800 mln. avro təşkil edib. Zavod il ərzində 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal edilən məhsulun 70%-nin Türkiyə bazarına ixrac edilməsi planlaşdırılır. Zavod hazır məhsulun ixracından hər il 160 milyon dollara qədər gəlir əldə edəcək.
“Gubretas” 1952-ci ildə yaradılıb və Türkiyənin kənd təsərrüfatı sektoru üçün gübrə tədarükü üzrə ixtisaslaşıb.*
N.Abbasova