Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi üçün Kənd Təsərrüfatı Nazirliyinə 14 mln. manatdan çox vəsait ayrılacaq
Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə 14,245 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam fevralın 1-də dövlət başçısının saytında dərc olunub.
Sözügedən məbləğ 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılıb.*
F.İsazadə