Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Umud və Sabir Şirinov qardaşları ilə görüşüblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Ukraynada bir ailəni yanan avtomobildən xilas edən Şirinov qardaşlarına “İgidliyə görə” medalını təqdim edib.
“Siz çox böyük şücaət göstərmisiniz. Köməksiz vəziyyətdə olan insanları xilas etmisiniz. Öz həyatınızı risk altına salmısınız. Bu, doğrudan da çox böyük əks-səda doğurub. Əlbəttə ki, sizin bu qəhrəmanlığınız Azərbaycan xalqı haqqında daha da dolğun təsəvvür yaradılmasına xidmət göstərir. Doğrudan da xalqımızı ləyaqətlə təmsil etmisiniz”, - deyə dövlət başçısı bildirib.*
Ə.Məmmədov