Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə yola düşüb. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
“BƏƏ prezidentinin müşaviri Sultan Əl Rümeysinin rəsmi dəvəti ilə həyata keçirilən səfərdə məqsəd 2-4 fevral tarixlərində Əbu Dabidə keçiriləcək “İnsan Qardaşlığı Qlobal Forumu”nda iştirak etməkdir”, - deyə məlumatda bildirilir.
Tədbirdə Roma Papası Fransisk və digər dünya dini liderləri iştirak edəcəklər.
Forumda ekstremizmə qarşı mübarizə, xalqlar və dinlər arasında dialoqun təşviq olunması, mənəvi dəyərlərin qorunması, münaqişələrə və müharibələrə səbəb olan dini və etnik fanatizmin qarşısının alınmasına dair məsələlər müzakirə olunacaq.*
R.Babayev