“Neftçi” futbol klubu italiyalı hücumçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytında məlumat verilir.
31 yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli formanı geyinəcək.
Daha əvvəl Sansone “Novara”, “Sampdoriya”, “Sassuolo”, “Bolonya”, “Torino” və digər klublarda çıxış edib.*
R.Babayev