1 yanvar 2019-cu il tarixinə Azərbaycanda banklar tərəfindən 2,502 min ədəd bankomat quraşdırılıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Yanvarın 1-nə Bakıda 1,329 min ədəd (2018-ci il ərzində artım 1,6%), bölgələrdə 1,173 min ədəd (artım 4,5%) bankomat quraşdırılıb.
2019-cu il yanvarın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 66,11 min ədəd təşkil edib ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 1% çoxdur.
Bununla yanaşı, Bakıda 38,962 min ədəd (artım 5,1%), regionlarda 27,148 min ədəd (azalma 4,4%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 64,715 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.**
Ə.Məmmədov