“Azərişıq” ASC “Pirallahı” yarımstansiyasının tikintisi və Bakının Xəzər rayonunda istixana kompleksinin enerji təminatı üçün podratçılar seçir. Bu barədə ASC-nin elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir və 2 lotdan ibarətdir: 2х40 MVA gücündə 110/36/6 kV-luq “Pirallahı” yarımstansiyanın tikintisi və avadanlıqla təchizatı və “Dübəndi” və 110/36/6 kV-luq “Pirallahı” yarımstansiyaları arasında iki fazalı elektik xəttlərinin çəkilməsi (lot-1); Bakının Xəzər rayonunda “Binə Aqro” MMC istilik kompleksininenerji təchizatı (lot-2).
Tenderdə iştirak haqqı – 400 manatdır.
Tenderdə zəruri maliyyə və texniki imkanlara malik olan şirkətlər iştirak edə bilər.
Tender təklifləri 18 mart 2019-cu il, saat 16:00-dək qəbul olunur.
Tender proseduru martın 19-da saat 16:00-da baş tutacaq. **
N.Abbasova