Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ildə fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin artdığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2018-ci il dekabrın 31-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2017-ci ilin yekunları üzrə 13,2%-ə qarşı 14,24% təşkil edib.
2018-ci ilin sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 8,06% təşkil edib, 2017-ci ilin sonuna bu göstərici 9,76%-ə bərabər olub.
Bununla yanaşı, 2019-cu ilin əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,3% (2017-ci ilin sonuna 8,91%), xarici valyutada 6,13% (6,84%) təşkil edib.
Hesabat ilinin sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 17,11% (16,31%), xarici valyutada 14,67% (16,47%) təşkil edib.
AMB-nin məlumatına görə, 2018-ci ildə milli və xarici valyutalarda cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması müşahidə olunub.
Xüsusilə 2018-ci ilin sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,58% (2017-ci ilin sonuna 10,72%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 2,33% (3%) təşkil edib.
31 dekabr 2018-ci il tarixinə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,53% (5,82%), xarici valyutada 1,43% (1,41%) təşkil edib.
Hesabat ilinin sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 10,01% (11,59%), xarici valyutada 2,66% (3,66%) təşkil edib.*
Ə.Məmmədov