Prezident İlham Əliyev Sultan Abdullah Əhməd Şahı Malayziyanın XVI ali başçısı seçilməsi münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
"Əlahəzrət, Malayziyanın XVI ali başçısı seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Malayziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir”, - deyə təbrik məktubunda bildirilir.
Prezident İ.Əliyev Sultan Abdullah Əhməd Şaha möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.*
R.Babayev