“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisi istehsalı üzrə dövlət inhisarçısı) 2019-cu ilin yanvar ayında 2 mlrd. 126 mln. kVt/saat elektrik enerjisi (artım 0,14%) istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
2019-cu ilin yanvar ayında “Azərenerji” 2 mlrd. 126 mln. kVt/saat elektrik enerjisi istehsal edib ki, bu da 2018-ci ilin yanvar ayının göstəricisindən 3 mln. kVt/saat və ya 0,14% çoxdur», - deyə məlumatda bildirilir.
Ötən ay Azərbaycan qonşu ölkələrə 191,9 mln. kVt/saat elektrik enerjisi ixrac edib.
2018-ci ildə “Azərenerji” 22 mlrd. 521 min kVt/saat elektrik enerjisi istehsal edib. Bu dövrdə ölkədən 1 mlrd. 413,2 mln. kVt/saat elektrik enerjisi ixrac edilib. İxracın 121,4 mln. kVt/saatı Rusiyanın, 1 mlrd. 230,1 mln. kVt/saatı Gürcüstanın, 13,4 mln. kVt/saatı Türkiyənin, 48,3 mln. kVt/saatı İranın payına düşüb.
2019-cu ildə Azərbaycanda 23,55 mlrd. kVt/saat elektrik enerjisinin istehsal, 1,5 mlrd. kVt/saat elektrik enerjisinin isə ixrac olunacağı proqnozlaşdırılır.*
N.Abbasova