Azərbaycan prezidenti İlham Əliyev 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmirinə 21 mln. 685,83 min manatın ayrılmasını tapşırıb.
Vəsait “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Sumqayıtda 263, Gəncədə - 50, Şirvanda – 30, Şəkidə - 28, Qazaxda – 8 çoxmənzilli binanın dam örtüyünün təmiri nəzərdə tutulur.
Təmiri həyata keçiriləcək dam örtüyünün ümumi sahəsi 434,879 min kvadrat metr təşkil edir. **
F.İsazadə