Çərşənbə axşamı Azərbaycanla “Formula-1” şirkəti arasında əməkdaşlığın daha 3 il müddətinə uzadılmasına dair müqavilə imzalanıb.
Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və “Formula-1” şirkətinin icraçı direktoru Çeyz Kerri imzalayıblar.
Sənəd “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda konfrans çərçivəsində imzalanıb.
Beləliklə, Azərbaycan Qran-Prisi 2023-cü ilin sonunadək “Formula-1” yarışları üzrə Dünya çempionatının təqvimində yer tutacaq.
“Formula-1” yarışlarının Azərbaycandakı mərhələsi 2016-cı ildən etibarən keçirilir. Birinci il “Avropa Qran-pri”si, 2017-ci ildən etibarən isə Azərbaycan Qran-prisi adlanır.
“Kral yarışları” və Bakı Şəhər Halqası arasında mövcud müqavilə 2020-ci ilədək qüvvədə olub. **
R.Babayev