“Formula-1” yarışlarının mərhələləri arasında ən çox şöhrəti Azərbaycan Qran-prisi qazanıb. Bunu F-1-in baş icraçı direktoru Çeyz Kerri deyib.
"Formula-1 yarışlarının bütün mərhələləri arasında ən çox şöhrəti Bakıda keçirilmiş Azərbaycan Qran-prisi qazanıb və yarışların pilotları bunu təsdiq edirlər", - deyə o, Azərbaycan ilə F-1 arasında əməkdaşlığın daha üç il müddətinə uzadılmasına dair sazişin imzalanma mərasimində vurğulayıb.
Ç.Kerri yarışın Bakı mərhələsinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. "Azərbaycan Formula-1 yarışlarının təşkili və keçirilməsinə xüsusi önəm verir", - deyə icraçı direktor bildirib.
O, tamaşaçıların yarışlara marağının artmasını da diqqətə çatdırıb.*
R.Babayev