1 yanvar 2019-cu il tarixində Bakı sakinlərindən cəlb olunan əhalinin bank əmanətləri 7 mlrd. 707 mln. 930,5 min manat təşkil edir, bu da 2018-ci ilin əvvəlinə olan göstəricidən 10,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
1 yanvar 2019-cu il tarixinə AMB-nin məlumatına əsasən, əhalinin bütün bank əmanətlərinin 92%-i Bakı sakinlərinin payına düşüb.
2018-ci ildə paytaxtda əhalidən əmanətlər illik orta hesabla 3,5% dərəcə ilə qəbul olunub, respublika üzrə bu göstərici 3,7% təşkil edib.
Ümumilikdə, paytaxt sakinləri xarici valyutada əmanətlərə üstünlük verirlər. Əmanətlərin 5 mlrd. 78 mln. 725,5 min manatı (Bakı üzrə bütün əmanətlərin 65,9%-i) onların, 2 mlrd. 629 mln. 205 min manatı milli valyutada əmanətlərin payına düşüb (34,1%). Paytaxtda əhalidən xarici valyutada banklar tərəfindən illik orta hesabla 1,8% dərəcə, milli valyutada illik 6,9% dərəcə ilə əmanətlər qəbul olunub.
1 yanvar 2019-cu il tarixinə banklar regionlarda əhalidən 667 mln. 450,5 min manat məbləğində əmanətlər cəlb olunub, bu da 2018-ci ilin əvvəlinə olan göstəricidən 18,3% çoxdur.
Regionlarda Abşeron iqtisadi rayonun əhalisi pulları banklarda saxlayır. 1 yanvar 2019-cu il tarixinə Abşeron iqtisadi rayonunda əhalinin banklarda əmanətləri illik orta hesabla 5,9% dərəcə ilə 192,7 mln. manat təşkil edir.
Gəncə-Qazax iqtisadi rayonun sakinləri 162 mln. 151,3 min manat (illik orta hesabla 4,5% dərəcə ilə), Aran iqtisadi rayonun sakinləri 112 mln. 778,3 min manat məbləğində əmanətlər cəlb ediblər (illik 4,2% dərəcə ilə).
Qalan əmanətlər digər qitisadi rayonların sakinlərinin payına düşüb. **
Ə.Məmmədov