Azərbaycan Beynəlxalq Bankı n UnionPay beynəlxalq kart təşkilatının kartlarının emissiyasına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilir.
“ABB əməliyyat həcmlərinə görə dünyanın ən nəhəng beynəlxalq kart təşkilatı olan UnionPay beynəlxalq kart təşkilatının kartlarının emissiyasına başlayıb. UnionPay Classic, UnionPay Gold, UnionPay Platinum kartlarını onlayn qaydada, yaxud bankın filial və şöbələrində sifariş vermək olar”, - bankdan bildirilir.
ABB-dən qeyd ediblər ki, UnionPay kartı hesablarını həm manat, həm də dollarda açdırmaq mümkündür. Kart debet və kredit rejimlərində işləyir.
“UnionPay İnternational” şirkəti 2002-ci ildə Çin Dövlət Şurası və “Çin Xalq Bank” tərəfindən təsis edilib. UnionPay hazırda 174 ölkədə xidmət göstərir, kartlarının ümumi sayı 7 milyarddan artıqdır.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur.**
Ə.Məmmədov