Azərbaycanın gömrük orqanları tərəfindən xarici valyutanən ölkədən çıxarılması cəhdinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“"Berkarar"Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistana getmək istəyən "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olublar. Gömrük sərhədini keçən zaman onlar üzərilərində 9,7 min ABŞ dolları və 8,5 min ABŞ dolları məbləğində valyutanı şifahi formada bəyan ediblər”, - məlumatda deyilir.
Yoxlama zamanı nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən 9,6 min ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır. **
R.Babayev