Cari həftə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycana səfər edə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Fevralın 8-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin Bakıya səfəri planlaşdırılır”, - mənbə bildirib.
Onun sözlərinə görə, səfər zamanı M.Oreşkin Azərbaycanın bir sıra dövlət strukturlarında görüşlər keçirəcək. **
B.Rüstəmbəyov