Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio şirkətlərinin hər birinı 600 min manat məbləğində birdəfəlik maliyyə yardımı ayrılacaq. Bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilir.
“Çərşənbə axşamı Milli Televiziya və Radio Şurasının keçirilən iclasında hər bir özəl ümumrespublika televiziya yayımçısına – “Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV”-yə 600 min manat (cari məzənnə ilə $352,9 min) məbləğində birdəfəlik maliyyə yardımının ayrılmasına dair qərar qəbul olunub”, - məlumatda deyilir.
Qeyd olunan beş teleradio yayımçının maliyyələşdirilməsi Azərbaycanda özəl ümumölkə larına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan prezidentinin imzaladığı sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə ayrılan vəsaiti hesabına (3 mln. manat - İF) həyata keçirilir İclasda həmçinin İctimai Televiziyanın Full HD formatında yüksək keyfiyyətli rəqəmsal yayımının tətbiqi ilə əlaqədar olaraq, yeni yayım paketinin yaradılması (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı) barədə qərar qəbul edilib. **
R.Babayev