Fevralın 5-də axşam saatlarında Azərbaycanın mərkəzi regionunda güeclü yeraltı təkanlar qeydə alınıb. Bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilir.
“Fevralın 5-də yerli vaxtla saat 23:31-da Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində güclü zəlzələ qeydə alınıb”, - məlumatda deyilir.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.
“Episentr 8 km dərinlikdə yerləşir”, - məlumatda qeyd olunur.
O cümlədən, fevralın 5-də yerli vaxtla saat 23:37-də 8 km cənubda Ağsu ərazisində yeraltı təkanlar qeydə alınıb. Episentr 11 km dərinlikdə yerləşir.
Çərşənbə axşamı saat 23:31-də yeraltı təkanlar Azərbaycanın paytaxtında da qeydə alınıb. Bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
“Dağıntılar haqqında məlumat yoxdur", - ETSN-nin mətbuat xidmıti qeyd edir. **
R.Babayev