Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin yanvar ayında valyuta hərraclarında $634,9 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
"ARDNF bu ilin yanvar ayında valyuta hərraclarında $634,9 mln. məbləğində xarici valyuta satıb", - deyə məlumatda bildirilir.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci illə müqayisədə 79,4% çoxdur.*
A.Əzizov