Bu gün səhər saatlarında fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən gecə güclü yeraltı təkanların qeydə alındığı bölgəyə gedib.
«Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin digər rəhbər şəxsləri və mütəxəssislər də zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gəliblər”, - deyə nazirliyin məlumatında bildirilir.
Zəlzələ nəticəsində bir neçə nəfər tibbi yardım üçün müraciət edib.
Xəbər verildiyi kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Ətraf rayonlarda zəlzələ 5,3 bal gücündə hiss olunub.
Zəlzələ nəticəsində bir neçə nəfər tibbi yardım üçün müraciət edib.*
R.Babayev