Fevralın 5-də axşam saatlarında baş verən zəlzələ nəticəsində İsmayıllı və Şamaxıda 5 məktəbdə çatlar əmələ gəlib. Bu barədə Təhsil Nazirliyi məlumat verir.
“Baş verən yeraltı təkanlar nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib”, - məlumatda deyilir.
Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar əmələ gəlib.
“Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirirlər. Məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, fevralın 5-də yerli vaxtla saat 23:31-da Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində güclü zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub. Episentr 8 km dərinlikdə yerləşir. **
R.Babayev