4-5 aprel tarixlərində Çikaqo şəhərində Birinci Azərbaycan-İllinoys Kənd Təsərrüfatı Forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABŞ-Azərbaycan Ticarət Palatasından (USACC) məlumat verilir.
Palatadan qeyd olunduğu kimi, Forumda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı gözlənilir.
“Forumun əsas mövzuları Azərbaycanla ABŞ arasında əməkdaşlıq, investisiyalar və ikitərəfli ticarətin inkişafı perspektivləri, kənd təsərrüfatının inkişafında maarifləndirmə fəaliyyətinin rolu, innovativ kənd təsərrüfatı, bu sahədə birgə layihələr və s. yer alır”, - USACC-dan qeyd ediblər.
Həmçinin forum çərçivəsində Azərbaycanın nümayəndə heyətinin kombayn istehsalı zavodu ilə tanış olması, soya, qarğıdalı və süd məhsulları istehsal olunan fermanın ziyarəti, həmçinin bir sıra digər tədbirlər daxildir. **
B.Rüstəmbəyov