Berlin şəhərində “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində 15-ə yaxın Azərbaycan şirkəti iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Berlində “Fruit Logistica 2019” sərgisində 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Onların arasında meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər var”, - nazirlikdən qeyd ediblər.
Sərgi fevralın 8-dək davam edəcək. **
B.Rüstəmbəyov