Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna vətəndaşı Nadia Bazivin adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarıb.
“Teleaparıcı N.Baziv XİN-ə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib”, - deyə nazirliyin məlumatında qeyd olunur.
Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirən N.Baziv gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini müraciətində qeyd edib. O, gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini də xahiş edib.
N.Baziv müxtəlif ölkələrdə turizm məkanlarına həsr olunan verilişlər hazırlayır.*
F.İsazadə