Bu gün səhər saatlarında prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov prezidentə fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər”, - deyə məlumatda bildirilir.
İ.Əliyev zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.
Xəbər verildiyi kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Ətraf rayonlarda zəlzələ 5,3 bal gücündə hiss olunub.*
R.Babayev