Azərbaycan millisi Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinqində 108-ci pilləyə enib. Yeni reytinq cədvəli bu gün təşkilatın saytında dərc olunub.
2018-ci ilin yekunları üzrə Azərbaycan yığması reytinqdə 107-ci yerdə qərarlaşmışdı.
Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərinin mövqeləri belədir: Xorvatiya - 4-cü pillə, Uels - 19-cu pillə, Slovakiya - 29-cu pillə, Macarıstan - 52-ci pillə.
Reytinqə əvvəlki kimi Belçika başçılıq edir. İlk onluqda Fransa, Braziliya, İngiltərə, Portuqaliya, Uruqvay, İsveçrə, İspaniya və Danimarka da yer alıb.*
A.Əzizov