Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Nigeriya Federativ Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı aviasiya marşalı Sadiq Baba Abubakar bu gün Bakıda əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Görüşdə Azərbaycan və Nigeriyanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Nigeriya nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazasında da olub.*
F.İsazadə