2018-ci ildə Azərbaycanda 1 min 707,1 ton kvotaya qarşı 1 min 614,1 ton balıq ovlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2017-ci illə müqayisədə balıq ovu 67,3% artıb, 2018-ci ilin yekunları üzrə kvotanın 94,5%-ni istifadə edilib.
Hesabat ilində 194 hüquqi və fiziki şəxs balıq ovu ilə məşğul olub.
2018-ci ildə Azərbaycanda ovlanmış balığın 1 min 72,9 tonu kilkə, 82,3 tonu siyənək, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 54,7 tonu çapaq, 48,2 tonu karp, qalanı isə digər balıq növlərinin payına düşüb.
Ötən il fiziki və hüquqi şəxslər tərəfindən kvotanın alınması üçün 84,8 min manat ödənilib.
2017-ci ildə Azərbaycanda 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanıb (kvotanın 94,1%-ni istifadə edilib).**
N.Abbasova