Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib.
“Tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Bu xüsusda, E.Məmmədyarov A.Mişenkonun səylərini yüksək qiymətləndirib”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
E.Məmmədyarov A.Mişenkoya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko 2018-ci il dekabrın 27-də A.Mişenkonun Ukraynanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.*
F.İsazadə