“Azərpoçt” MMC Rusiyanın "Digital Payment" şirkətinə məxsus "Sendy" ödəniş sisteminə qoşulur.
““Azərpoçt” "Sendy" ödəniş sisteminə qoşulmaq üçün "Digital Payment" şirkəti ilə memorandum imzalayıb. Bu tərəfdaşlıq Azərbaycanla yanaşı, Rusiya, Çin və Asiya ölkələrində milli valyutadan istifadə edən ödəniş və ötürmə mexanizmlərinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda bildirilir.
Sendy - smartfona inteqrasiya edilmiş onlayn ticarət və rəqəmli ödəniş sistemidir. Bu ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir, 70 mindən çox hüquqi şəxs isə bu sistemin müştərisidir.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdudlaşdırılmış lisenziya verib.*
N.Abbasova