2019-cu ilin III rübündə Xəzərin Azərbaycan sektorunda Xəzərdə “Abşeron” yatağında «ABD-001» ilk ilk hasilat quyusunun qazma işləri başa çatacaq. Bu barədə SOCAR şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.
“SOCAR-ın “Heydər Əliyev” adına yeni yarımdalma üzən qazma qurğusu artıq ötən ildən “Abşeron” yatağındakı ilk quyuda qazma işinə başlayıb. Bu quyunun dərinliyi 7400 metrdən çox olacaq. Qazma işləri bu ilin üçüncü rübündə tamamlanacaq”, - R.abdullayev “AzərTAc” agentliyinə müsahibəsində məlumat verib.
O, həmçinin bildirib ki, daha sonra həmin qurğu BP ilə müqavilə çərçivəsində “Şəfəq-Asiman” layihəsi çərçivəsində axtarış quyusunda qazmaya başlayacaq.
Xəzərin Azərbaycan sektorunda “Abşeron” yatağında ABD-001 quyusunda ilk qiymətləndirmə və hasilat qazma işləri qazma işləri suyun 450 metr dərinliyində H.Əliyev adına yeni yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilir. Quyunun gözlənilən sutkalıq debiti 2 min ton kondensat və 4,3 mln. kubmetr qaz təşkil edir.
“Abşeron” yatağının işlənməsi üzrə I faza illik 1,5 mlrd. kubmetr qaz hasilatını nəzərdə tutur. İndiki mərhələdə hasilatın həcmi illik 1,5 mlrd. kubmetr qaz təşkil edə bilər, layihə çərçivısində bu rəqəm illik 5 mlrd. kubmetrə çata bilər.
Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi Azərbaycanın daxili bazarına yönəldiləcək. **
N.Abbasova