Azərbaycan prezidenti İlham Əliyev mərkəzi rayonlarda baş vermiş zəlzələnin fəsadlarının qısa zamanda aradan qaldırılmasını tapşırıb.
“Xoşbəxtlikdən insan ölümü olmayıb. Bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar”, - İ.Əliyev cümə axşamı zəlzələnin baş verdiyi Şamaxı rayonunda evləri dağılan sakinlərlə söhbət zamanı bildirib.
“Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır”, - o əlavə edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov prezidentə məlumat verdi ki, 73 evə baxış keçirilib. Müraciətlərin sayı 750-dir. On komissiya Şamaxı rayonunda, iki komissiya Ağsu rayonunda, iki komissiya isə İsmayıllı rayonunda işləyir. Komissiyaların sayını artıracağıq ki, sizin tapşırığınızı daha tez icra edək”, - nazir qeyd edib.
Nazir vurğulayıb ki, nazirlikdə hazır layihələr var. Onların əsasında börpa işlərinə başlanacaq. **
F.İsazadə