2020-2021-ci illərdə Xəzərin Azərbaycan sektorunda “Qarabağ” yatağından ilk karbohidrogen xammalı hasilatını gözləyir. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür. Bu yataqda hasilat və qazma işlərinin aparılması üçün yeni dəniz özülü inşa edilir. Özülün dayaq blokunda işlərin 60%-i artıq tamamlanıb. Eyni zamanda, layihə üzrə yekun mühəndisi layihələndirmə işləri aparılır. “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunması proqnozlaşdırılır”, - SOCAR-ın prezidenti “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
O, həmçinin məlumat verib ki, hazırda Xəzərdə “Aypara” perspektivli sahədə axtarış qazması üçün hazırlıq işləri görülür. **
N.Abbasova