Perzident İlham Əliyev cümə axşamı “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edib.
İ.Əliyevin müvafiq sərəncamı dövlət başçısının saytında dərc olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək tapşırılıb.
Bundan əlavə, dövlət başçısı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirməti tapşırıb. **
Ə.Məmmədov