Prezident İlham Əliyev cümə axşamı Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramını təsdiq edib.
İ.Əliyevin müvafiq fərmanı dövlət başçısının saytında dərc olunub.
Sənədlər 2018-ci il noyabrın 22-də İ.Əliyevin Türkmənistana səfəri zamanı imzalanıb. **
Ə.Məmmədov