Nazirlər Kabinetinə ölkədə dəmir yollarının inkişafına dair yeni dövlət proqramını hazırlamaq tapşırılıb.
Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı müvafiq fərman imzalayıb.
Proqram 2019-2023-cü illəri əhatə edəcək.
Bundan əlavə, Nazirlər Kabinetinə dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydalarını, dəmir yolu nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması qaydalarını hazırlamaq tapşırılıb. **
Ə.Məmmədov