Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 3-7 fevral tarixlərini əhatə edən dövrdə 21,775 kq narkotik maddənin, o cümlədən 10,115 kq heroinin qaçaqmalçılıq yolu ilə İrandan ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DSX-dan məlumat verilib.
«Müxtəlif epizodlar üzrə 2 Azərbaycan vətəndaşı saxlanılıb. Dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər sərhəd naryadlarının qanuni əmrlərinə tabe olmayıb və qaçaqmalı sərhədboyu zolaqda ataraq geri qaçıb», - deyə məlumatda bildirilir.
4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd naryadı tərəfindən alınıb. Sərhəd naryadı “dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayıb, əlindəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr “heroin” narkotik vasitəsi və 1 ədəd “Bloԝ 2003 mini” markalı tapança aşkar edilərək götürülüb.*
R.Babayev