Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının reallaşdırılması üzrə xüsusi İşçi Qrupun ilk iclası fevralın 19-20-də Bakıda keçiriləcək.
"İşçi Qrupun ilk iclası fevralın 19-20-də Bakıda keçiriləcək”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
İclasda 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın reallaşdırılmasına dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
İşçi Qrupda Azərbaycan nümayəndə heyətinə xüsusi nümayəndə Xələf Xələfov başçılıq edir.
Bakı görüşündə tərəflərin bu saziş layihəsinin hazırlanması məsələsini müzakirə edəcəyi gözlənilir. Həmçinin Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısı çərçivəsində əldə edilmiş razılaşmaların yerinə yetirilməsi ilə bağlı məsələlərin müzakirəsi də planlaşdırılır.*
F.İsazadə