İran və Azərbaycan qarşılıqlı ticarət dövriyyəsini ildə $5 mlrd.-a çatdırmağı qarşıya məqsəd qoyur. Bunu İranın Bakıdakı səfiri Cavad Cahangirzadə deyib.
"Münasibətlərimiz təkcə siyasi sahəni əhatə etmir. Biz, həmçinin birgə səylərlə iqtisadi əlaqələri də inkişaf etdiririk. Məqsədimiz ticarət dövriyyəsini $5 mlrd.-a çatdırmaqdır/ Bu, çətindir, amma biz bu istiqamətdə işləyirik. Biz yüksələn artımı hədəfləmişik", - deyə səfir bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə əmtəə dövriyyəsi 2017-ci iilə müqayisədə 73% artıb.
"Münasibətlərimizdə əngəl yoxdur. Əngəllər - xarici qüvvələrdir ki, biz də artıq onları aşmışıq", - deyə C.Cahangirzadə qeyd edib.
Səfir əlavə edib ki, Tehran əməkdaşlığın bütün istiqamətləri üzrə Bakı ilə münasibətlərin daha da yaxınlaşmasında maraqlıdır. "Əlbəttə, yüksək səviyyəli Azərbaycan-İran münasibətlərində maraqlı olmayan qüvvələr var. İran və Azərbaycan - təhlükəsizlik məsələlərinin yüksək səviyyədə olduğu iki ölkədir", - deyə C.Cahangirzadə qeyd edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycandan İrana ixracın həcmi $31,2 mln., İrandan Azərbaycana - $414,8 mln. (Azərbaycana idxalın 3,62%-i) təşkil edib.*
F.İsazadə