İqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının növbəti iclası martın ortalarında Bakıda keçiriləcək.
“Martın ortalarında, təxminən 12-13 mart tarixlərində Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək”, - deyə İranın Bakıdakı səfiri Cavad Cahangirzadə bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iclas çərçivəsində Azərbaycan-İran biznes forumu da keçiriləcək.
Komissiyanın əvvəlki, 12-ci iclası 13-14 mart 2018-ci il tarixlərində Tehranda keçirilib.*
F.İsazadə