Azərbaycan Moskvada “Prodekspo-2019” beynəlxalq ərzaq sərgisində spirtli içkilərlə milli stendi təqdim edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Ekspoptsentr” MSK-dan məlumat verilib.
“Prodekspo-2019” fevralın 11-dən 15-dək keçiriləcək. Azərbaycan daxil olmaqla milli ekspozisiyalar 30 ölkə tərəfindən təşkil olunur. Bu il Azərbaycan ziyarətçiləri iki stend ilə sevindircək. Onlardan biri “Spirtli içkilər. Şərab” milli stendidir”, - şirkətdən qeyd ediblər.
Təçkilatçıların məlumatına görə, sərgidə ümumilikdə 69 ölkədən 2442 şirkət iştirak edəcək.
Sərginin baş sponsoru qismində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) çıxış edir.
Cari il «Made in Azerbaijan» kollektiv ekspozisiya bir sıra məhsullar təklif edən 31 şirkəti birləşdirəcək: təzə ASK məhsulları, konservlər, təbii mineral sular, spirtli və alkoqolsuz içkilər, çaylar, flndıq, quru meyvələr, şirniyyat məmulatları və s.
Sərginin Azərbaycandan iştirakçıları sırasına aşağıdakı şirkətlər daxildir: A+Co LLC, Agro-Azerinvest Llc, Aspi Agro, Avrora LLC, Az-Granata, Azersun Holding, Azhazelnut, Aznar, Babek Sirab, Baku Agropark Llc, Bakukonserv, Balkhoorma Llc, Bina-Agro Llc, Buta Agro, Crispa Snacks, Ecodry, Gadabay Mineral Water, Gilan Agriculture, Goygol Wine Plant, İsmayıllı Şərab-2, Cəlilabad Şərab-2, Lezzet, Lezzet Biscuit And Chocolate Factory, Sharg Ulduzu Llc, «Аbşeron-Şərab» MMC, Veysəloğlu və b. **
N.Abbasova