2019-cu ilin yanvar ayında Azərbaycanda inflyasiya ötən ilin dekabr ayında qiymətlərin 0,8% artımına qarşı 0,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin yanvar ayında inflyasiya 0,2% təşkil edib. Bundan başqa, ərzaq mallarının qiyməti 0,9%, qeyri-ərzaq mallarının qiyməti 0,2% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8% ucuzlaşıb”, - deyə məlumatda bildirilir.
Yanvar ayının sonuna Azərbaycanda orta illik inflyasiya 1,7% (2018-ci il dekabrın sonuna - 2,3%), o cümlədən ərzaq məhsulları üzrə orta illik inflyasiya 0,7%, qeyri-ərzaq malları üzrə 1,2%, xidmətlər üzrə 3,4% təşkil edib.
Azərbaycan hökuməti 2019-cu il üçün orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırıb.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.*
N.Abbasova