Prezident İlham Əliyev İsmayıllı rayonunda avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,8 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolu üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.
Bu məbləğ 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam fevralın 8-də dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə