Azərbaycan prezidenti İlham Əliyev Bakı ilə Tehran arasında əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəyinə və genişlənəcəyinə əmindir.
“Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcək”, - İ.Əliyevin İslam İnqilabının Qələbəsi Günü münasibətilə İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə ünvanladığı məktubunda deyilir. Bu barədə bazar günü dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan prezidenti vurğulayıb ki, Azərbaycan ilə İran arasındakı münasibətlər “tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış” xalqların iradəsindən qaynaqlanır.
İ.Əliyev H.Ruhaniyə möhkəm cansağlığı, işlərində uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyib. **
R.Babayev