Bazar günü Sumqayıt şəhərində idmançı gənclər arasında kütləvi dava baş verib. Bu barədə yerli mətbuat məlumat verir.
“Bazar günü Sumqayıt şəhərinin 41-ci məhəlləsində 30-a yaxın idmançı gənc kütləvi davada iştirakı edib. Nəticədə, onlardan dörd nəfərbıçaqlanıb”, - məlumatda deyilir.
Onlar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunub. Vəziyyətləri stabil kimi qiymətləndirilir. Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə müraciət edib.
İlkin versiyaya əsasən, davanın qız üstündə olduğu bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. **
R.Babayev