Energetika Nazirliyi enerji sektorunda islahatların aparılması ilə bağlı qanunvericilik bazasının hazırlanması məqsədilə “Prima Consulting” MMC-ni cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazilrikdən məlumat verilib.
“Prima Consulting” enerji sektorunda bazar subyektlərinin formalaşdırılması və bazar münasibətlərinin tənzimlənməsinə yönəlmiş hərtərəfli islahatların aparılması ilə bağlı qanunvericilik bazasının hazırlanması üçün tenderin qalibi olub”, - nazilrikdən qeyd ediblər.
Nazirliyin məlumatına görə, “Prima Consulting” ilə müvafiq müqavilə imzalanıb. **
N.Abbasova