Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiqlənməsi planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
«Plenar iclasın gündəliyinə 32 sənəd, o cümlədən “Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın təsdiqlənməsi haqqında” qanun layihəsi daxildir», - deyə məlumatda bildirilir.*
R.Babayev