Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 350 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank fevralın 11-də keçirilən hərracda 350 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 848 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 7,26% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
B.Rüstəmbəyov