Azərbaycanın gömrük orqanları aksiz markası olmayan 17,2 min ədədə yaxın siqaret müsadirə edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumatı əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı, nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və dişər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən, aksiz markası ilə markalanmayan ümumilikdə 17,18 min ədəd "Marlboro Gold Edge", "Parliament Carat", "Marlboro Fine Touch", "Milano London", "Malimbo one", "Parliament Super Slims", "Parliament Aqua Blue", "Kent Silver" markalı siqaretlər və 4 ədəd 1 litrlik "Celsius" markalı araq, 2 ədəd 1 litrlik "Black Ram" markalı viski aşkar edilərək götürülüb”, - deyə məlumatda bildirilir.*
R.Babayev